“Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar” – Məzahir Pənahov
“Namizədlərin məcəllənin tələblərinə uyğun olmayan hansısa sənədləri olarsa, onların namizədliyi təsdiqlənməyəcək”.
“turaninsesi.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.
O bildirib ki, namizədlərin sayının çoxluğu müsbət haldır:
“Əgər hansısa problem olsa, onlar bizə müraciət edə bilərlər. Lakin bəziləri namizədlik üçün yox, problem yaratmaq üçün seçkiyə qoşulurlar. Bu hallara yol verilməməlidir. Sevindiricidir ki, son illərdə bu hallar azalıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI