Bəhruz Məhərrəmov: “Xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Fransa üçün zərbə oldu”

0

Xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Fransa üçün zərbə oldu.

Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Cənubi Qafqazda geosiyasi situasiyanın təhlili göstərir ki, Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqda regionda neoimperializm niyyətlərinə yer qalmayıb. Əksinə, formalaşan sülh və əməkdaşlıq perspektivi, bölgədə sağlam maraqlara malik beynəlxalq subyektlər üçün geniş imkanlar açıb: “Təbii ki, cari reallıq 30 il ərzində bölgədə qeyri-sağlam siyasət yürüdən, öz maraqlarını işğal və təcavüz faktoru üzərində quran Fransa üçün fiasko deməkdir. Məhz bu səbəbdən Makron iqtidarı Azərbaycanın 44 günlük müharibədə qələbəsi, habelə antiterror tədbirlərində böyük uğuru fonunda müxtəlif platformalarda ölkəmizə qarşı davamlı hücumlar edir, habelə Fransanın orbitinə daxil olan dövlətləri, təsisatları, muzdlu siyasətçiləri anti-Azərbaycan addımlara təşviq edir. Hətta Fransa dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbuluna cəhdlər göstərib. Lakin Prezident İlham Əliyev bu prosesdə də diqtə edən qalib tərəf kimi çıxış edərək, Parisin bütün cəhdlərini neytrallaşdırmağı bacarıb. Bir sözlə, müşahidələr göstərir ki, proseslər Fransanın Qafqaz siyasətinin tam iflasa uğraması, Makronun və komandasının Prezident İlham Əliyevə istisnasız məğlubiyyəti fonunda inkişaf edir. Bu gün məğlub Fransa hər vəchlə Qafqazda yekun sülhün əldə olunmasına mane olmağa, heç deyilsə, bu istiqamətdə nəyəsə nail olmağa səy göstərir. Hətta Fransa Avropa İttifaqı Şurası çərçivəsində başlanan Brüssel prosesini belə pozmağa nail oldu. Lakin məsələ burasındadır ki, Prezident İlham Əliyev burda da Makrondan bir neçə addım öndədir və sülh prosesi üçün alternativ platformalar mövcuddur. Ən əsası isə artıq Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar və Bakı və İrəvan arasında vasitəçisiz sülhə doğru müəyyən addımlar atılıb. Yəni Azərbaycan Prezidenti bu formatda da Fransanın təşəbbüsü ələ almasına imkan vermir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, indiki məqamda Fransanın yeganə ümidi Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən, satılmış siyasətçilər və muzdlu mediadan istifadə edərək stabilliyi hədəfə almağa qalıb: “Lakin Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi müstəsna nüfuzu, xalq arasında yüksək reytinqi Parisin bu niyyətini də puça çıxarmaqdadır. Üstəlik, Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və məğlubedilməz fransız xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Paris üçün ağlasığmaz zərbə oldu. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində Fransa agentura şəbəkəsinin ifşası əslində Fransanın ardıcıl uğursuzluqlarının davamı kimi Ermənistan üçün də dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması əslində ermənilərin mənafelərinə xidmət yox, ermənilərin Fransanın çirkin niyyətlərinə alət edilməsidir. Amma Fransa da, Ermənistan da nəhayət başa düşməlidir ki, Ermənistanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur və istənilən əks cəhd sadəcə, məğlubiyyət seriyasının davamı olacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir