Azərbaycanın haqq mübarizəsinə qarşı çıxanlara DTX-dən maarifləndirici addım

0

Sosial şəbəkələrdə heç bir əsas olmadan baş vermiş terror aktları nəticəsində həlak olmuş mülki şəxslərə və polis əməkdaşlarımıza hörmətsizlik ifadə edən, Azərbaycan xalqının haqq mübarizəsi və dövlət orqanları tərəfindən həyata keçirilən antiterror tədbirləri əleyhinə nalayiq ifadələr səsləndirən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə dəvət edilmələri barədə məlumatlar yayılıb.

Turanın səsi ” xəbər verir ki, məlum olub ki, həmin şəxslərin şübhəli fəaliyyətlərinin araşdırılması ilə yanaşı belə həssas bir vaxtda ciddi zaman ayrılmaqla əsir və itkin düşmüş vətəndaşlarımız və onların acı taleyi barədə çoxsaylı video və digər materiallarla tanış olmaları təmin edilir.

Hesab edirik ki, qeyd olunan şəxslər dövlətin təmkinli, humanist və maarifləndirici fərdi münasibətindən düzgün nəticə çıxararlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir