Azərbaycanın D-8-ə üzv olması, bu Təşkilata verəcəyi çox şey var -DEPUTAT
“Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik” , qardaş Türkiyə prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğanın bu fikirləri ilə razılaşmamaq mümkün deyil.
Bu barədə “turaninsesi.az ”-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
✔ Birincisi, istənilən beynəlxalq təşkilata üzvlük, ölkəmizin nüfuzunun artması, dostlarımızın sayının artması deməkdir.
✔ İkincisi, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, kadr potensialına, təbii və maliyyə resurslarına, müasir nəqliyyat infrastrukturuna, coğrafi baxımdan logistik imkanlara, etibarlı təhlükəsizlik sisteminə malik ölkədir.
✔ Üçüncüsü, Azərbaycanın beynəlxalq təşkilatlarla sıx işləmək, hətta rəhbərlik təcrübəsi var. Əldə olunan nailiyyətlər, onu göstərir ki, Prezident İlham Əliyevin apardığı çoxvektorlu siyasət özünü doğruldur və alternativi yoxdur.
✔ Dördüncüsü, D-8-ə daxil olan ölkələrin əksəriyyəti Azərbaycana qardaş, müttəfiq olan dövlətlərdir. Bizi tarixi, dini, siyasi, iqtisadi, ticari, mədəni əlaqələr bağlayır. Azərbaycanın bu Təşkilata verəcəyi çox şey var.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI