Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb
Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.
“Turanın səsi ” in xəbərinə görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. O bildirib ki, artıq işğal altında olan ərazilər sözü bizə yaddır: “Həmin ərazilərdə məskunlaşma prosesi başlanılıb”.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Qərarla 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılıb.