“Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir”-DEPUTAT

0

Prezident İlham Əliyev 26 oktyabr 2023-cü il tarixdə 230 MVt gücündə Qaradağ Günəş Elektrik stansiyasının açılışını edib.

Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Azərbaycan nəinki , xam neft , neft məhsulları və təbii qaz, eyni zamanda elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısıdır.

Avropa qitəsində və qonşu ölkələrdə elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan elektrik enerjisini ekoloji cəhətdən təmiz -təbii qazdan küləkdən , sudan və günəşdən-mənbələrdən istehsal edir. Ölkəmizdə bərpa olunan enerji növlərinin potensialı həddən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı elektrik şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdır. 2022-ci ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliyinin “Masdar ” şirkəti tərəfindən təməli qoyulan 230 MVt gücündə Qaradağ Günəş Elektrik stansiyasının çox qısa müddətdə 26 oktyabr 2023-cü il tarixində Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu.

Bu bir daha göstərdi ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir. Ölkəmizdə çox gözəl investisiya iqlimi var və eyni zamanda xarici tərəfdaşlarlar qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetir. Beynəlxalq maliyyə qurumları, böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Bizim siyasətimiz isə ölkəmizi sürətlə inkişaf etdirmək , azad olunmuş torpaqlara qayıdışımızı təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərimizdə də bərpa olunan enerjinin istehsalı üçün böyük potensialımız var və artıq burada islərə başlanılmışdır.

Belə ki,erməni vandalları tərəfindən 30-dan çox məhv edilmiş su elektrik stansiyaları bərpa edilərək istismara verilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir