Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələ-DEPUTAT

0

Azərbaycanın bugünkü möhtəşəm uğurlarının təməli ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışının ilk illərində qoyulmuşdu.

Bu barədə “Turanın səsi ” nə nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Ümummilli liderin siyasi müdrikliyi sayəsində ölkəmizin dostları qısa müddətdə çoxalmış, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqmətində heyrətamiz addımlar atılmışdı. Ulu öndər ölkəmizin yaxın qonşuları, türk dövlətləri, İslam dünyası, eləcə də, postsovet məkanı ölkələri ilə əlaqələrin bərpa edilməsi və əməkdaşlığın yaradılmasına müstəsna əhəmiyyət verirdi.

Bu gün həmin əlaqələrin daha da inkişaf etdirilməsində Cənab prezident İlham Əliyevin müstəsna xidmətləri var.

Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişləndirilməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti səfəri də yeni yüksəliş mərhələsinə təkan verəcək. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib.

Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib.

Tacikistan Prezidentinin bu dəfəki səfərində iki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizi daha da möhkəmləndirəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Tacikistan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində dinamik inkisaf edir. Tacikistan Prezidentinin ölkəmizə bu səfərindən sonra bütun sahələrdə əməkdaşlığımız daha da artacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir