Azərbaycan Prezidenti: “Müharibədən keçən iki il ərzində daha böyük hərbi potensiala malik olduq”

Müharibədən keçən iki il ərzində daha böyük hərbi potensiala malik olduq”.

Turanın səsi ” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

“Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir”, – Ali Baş Komandan qeyd edib.

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi gücünü göstərdiyini qeyd edən dövlət başçısı deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”.

⤵️“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir