“Azərbaycan polisi hər zaman dövlətin və xalqın keşiyində dayanıb” 

0


“105 yaşlı Azərbaycan polisi çox şərəfli bir yol keçib. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də ondan sonrakı, xüsusilə də müstəqilliyimiz dövründə polisimiz hər zaman dövlətin və xalqın keşiyində dayanıb. Bu şərəfli missiya hazırda da davam edir”.

Turanın səsi ” xəbər verir ki , bumu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisi müstəsna rol oynayıb: “Azərbaycan polisi təkcə asayişin qorunmasında deyil, həmin illərdə də baş qaldıran erməni separatçılarına qarşı mübarizədə də müstəsna əhəmiyyətli addımlar atıb. Onu da qeyd edim ki, keçmiş SSRİ dövründə də Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə seçilib”.

Deputat söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, ötən əsrin 80-ci illərinin sonunda da erməni separatçılarına qarşı mübarizədə Azərbaycan polisi ön sıralarda dayanıb: “Bəlli olduğu kimi Azərbaycan hələ SSRİ-nin tərkibində olanda bizim ordumuz yox idi. Həmin vaxt erməni faşizminin Azərbaycan xalqına qarşı cinayətlərinin qarşısının alınmasında məhz Azərbaycan polisi necə deyərlər, sinəsini qabağa verdi. Polisimiz Birinci Qarabağ müharibəsində daim ön cəbhədə oldu. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polisin şəhid olması, əslində, o dövrdə Azərbaycan polisinin hansı qəhrəmanlıqlar göstərdiyini ortaya qoyur. Necə deyərlər, Azərbaycan polisi Azərbaycan Ordusunun hələ formalaşmadığı bir vaxtda ordunun da missiyasını şərəflə yerinə yetirib”.

V.İskəndərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini daim diqqətdə saxlayıb: “Təsadüfi deyil ki, məhz 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Cənab İlham Əliyev Prezident seçildikdən qısa bir müddət sonra müvafiq Dövlət Proqramının qəbul edilməsi və DİN-in strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması və s. deyilənlərin əyani sübutudur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir