Azərbaycan Ordusunun hazırlıq səviyyəsi daha da yüksəldilib, bütün tapşırıqlar verilib

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.

turaninsesi.az ” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb: “Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”.

Arzu Paşaqızı