Azərbaycan Ombudsmanının maaşı artırılıb
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.
“Turanın səsi ” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.
Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09