DEPUTAT : “Hər bir vətəndaşımız İrana səfər etməmişdən qabaq…”

Azərbaycandan İrana səfər etməmək üçün daha bir ciddi əsas yaranıb. Belə ki, İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. “Turanın səsi ” xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yer alıb.

Yayılan məlumatlarda qeyd edilir ki, yeni həkimlər azərbaycanlıları “tələyə” salırlar. Bildirilir ki, buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan maksimum diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.

Bu iddialar tələbə Fərid Səfərlinin az öncə İranda oğurlanaraq şərlənməsi və haqqında casusluq ittihamı irəli sürülməsi fonunda xüsusilə diqqət çəkir.

Bəs Azərbaycandan İrana xəstə axını azalıbmı və əsasən hansı xəstələr gedir?

turanın səsi ” in xəbərinə görə , bu barədə mətbuata açıqlamasında Milli Məclisin deputatı , Müdafiə , təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hər bir Azərbaycan vətəndaşını cənub qonşumuza səfər edərkən ciddi şəkildə düşünməli olduğunu vacib sayır:

“Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tutarlı faktlar var deyə, məhz Azərbaycan vətəndaşlarına İrana səfər etməməklə bağlı tövsiyələr verib. Burada əsas məsələ vətəndaşlarımızın təhlükəsizliyinə olan təhdidlərin qarşısının alınmasıdır. Məhz buna görə də, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı İrana səfər etməmişdən qabaq bunun vacibliyini, məram və məqsədini özü üçün ayırd etməlidir.

Təbii ki, İran tərəfi də birmənalı şəkildə belə açıqlama verir ki, İran bu gün turizm üçün açıqdır, hər bir gələn qonağın təhlükəsizliyinə təminat var. Lakin bütün bunlara baxmayaraq, məlum məsələdir ki, Azərbaycanla İran arasında münasibətlər bu gün doğrudan da ən gərgin nöqtədədir. Bu da əsasən qarşı tərəfin bizə qarşı törətdiyi istər terror hadisələri olsun, istər ölkəmizə narkotik vasitələrin qanunsuz keçirilməsi ilə bağlı olsun, istərsə də xüsusi xidmət orqanlarının qanunsuz fəaliyyəti ilə əlaqədar olsun, bunlarla bağlıdır.

Həqiqətən də belə faktlar mövcuddur ki, narkotikdən müalicə adı ilə İrana çoxsaylı gənclərimizi İrana aparıblar və orada da onların cəlbetmə fəaliyyəti həyata keçirilib. Sonradan da onları Azərbaycana öz xüsusi xidmət orqanlarının nümayəndələri kimi göndəriblər.

Amma həkimlərin xüsusi xidmət orqanının əməkdaşları olmaları bir az məntiqə sığmayan məsələdir. Sadəcə olaraq həmin həkimlər xüsusi xidmət orqanları ilə əlaqələri ola bilərlər. Yəni bu və ya digər şəkildə kiminsə əməliyyat imkanları geniş olanda məhz həkimlər vasitəsilə onu cəlb etmək üçün müxtəlif formada onların müalicəsinə müdaxilə edə bilərlər, onları gələcəkdə özləri üçün çalışdırarlar.

Fərid Səfərlinin İranda oğurlanma məsələsi də çox araşdırılmalı bir məsələdir.

Düşünürəm ki, Azərbaycan tərəfi bununla bağlı müvafiq sorğular göndərib. Bu istiqamətdə işlər davam etdirilir. İran tərəfin müalicəsini ucuz edəcək deyə ora səfər etmək bu gün məqsədəuyğun deyil. Bundan başqa əvvəllər İran səhiyyəsində dövlət tərəfindən dotasiyalar var idi, müalicə ümumiyyətlə, çox ucuz başa gəlirdi, indi demək olar ki, o dotasiyalar yoxdur. Sizin dediyiniz kimi, fikirləşilən qədər də ucuz başa gəlmir. Birmənalı şəkildə hər bir Azərbaycan vətəndaşı bunu nəzərə almalıdır. Ehtiyac yaranmadığı şəkildə, eyni zamanda, böyük ehtiyac olmadığı halda ora səfər etməmək haqqında daha çox düşünməlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir