Arzu Nağıyev: “Biz qəlbən bir millət, iki dövlət olaraq Türkiyənin yanındayıq”
“Türkiyədə baş verən hadisə hər bir Azərbaycan vətəndaşını sarsıtdı. Məlum məsələdir ki, zəlzələ həddindən artıq çoxballıdır, güclü dağıntılarla nəticələnib, böyük insan tələfatı var.
Türkiyə xalqına başsağlığı veririk, onların yanında olmağa hazırıq. Azərbaycan artıq qardaş ölkəyə yardım göndərdi. Azərbaycan Türkiyənin yanındadır. Bu, ən yüksək səviyyədə artıq elan edilib”.
Bu sözləri “ turanın səsi ” nə açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Arzu Nağıyev deyib.
“Biz öz dostluq, qardaşlıq borcumuzu mütləq şəkildə Türkiyə xalqı ilə birlikdə yerinə yetirməliyik. Əsas məqam budur ki, təbii fəlaklətlər zamanı axtarışlara kömək, itən və yaralananlar haqqında məlumatların alınması üçün koordinasiyalı şəkildə işlər görülməlidir. Bu hadisə təbii fəlakət olduğu üçün mütləq şəkildə mütəxəssislər də rəylərini bildirməlidirlər. Biz qəlbən bir millət, iki dövlət olaraq Türkiyənin yanındayıq”, – deputat bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09