Aqil Abbas əsəbiləşdi: “Məzələnmək lazım deyil”

0

Milli Məclisin deputatı Aqil Abbas həmkarlarının yağışdan sonra Bakıda yaranan fəsadları barədə açıqlamarına münasibət bildirib. 

turaninsesi.az” xəbər verir ki, o ən sivil, inkişaf etmiş ölkələrdə də belə fəlakətlər baş verdiyini qeyd edib: 

“Drezdendə sel muzeyi, kitabxananı basıb, nə qədər sənət əsərini məhv etmişdi. Bu, Amerikada, demək olar, gündə baş verən hadisədir. Bu yaxınlarda Fransanı sel-su götürüb aparmışdı. Praqanı da onun kimi…

Təbii fəlakətdir də, olur. Müəyyən təşkilatlar, gərək, işlərini yaxşı quralar. Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər. Bu cür davranışın əleyhinəyəm. Adi təbii fəlakətdir, buna şübhə salmaq, məzələnmək lazım deyil”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir