Adil Əliyev : “Ermənistanda anlamalıdırlar ki, bizimlə 100 dəfə müharibə etsələr, 100-ündə də məğlub olacaqlar”

Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev Qarabağdakı son vəziyyət, yenidənqurma işləri və digər mövzularla bağlı müsahibə verib.

Turanın səsi ” həmin müsahibəni təqdim edir:

Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətinə baxmayaraq, İrəvan hələ də Azərbaycana qarşı təxribatlarından əl çəkmir. Necə düşünürsünüz, bu məsələnin yenidən hərbi yolla həlli varmı?

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmizdən sonra Ermənistana sülh təklif etdik. Ancaq Ermənistan hakimiyyəti hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınır. Əlbəttə, bu, bölgədə sülhə əngəl yaradır. Ermənistanda anlamalıdırlar ki, bizimlə 100 dəfə müharibə etsələr, 100-ündə də məğlub olacaqlar. Azərbaycan yerdə qalan Qarabağ separatçılarını da tərksilah edib bölgəmizin tamamına nəzarəti təmin edəcək. Buna heç kim şübhə etməsin.

Qarabağda yenidənqurma işlərini necə qiymətləndirirsiniz?

Möhtəşəm. İşğaldan azad olunan Laçını bir ildən də az vaxt ərzində gözəllik və yaşıllıq guşəsinə çevirdik, modern üslubda tikilən evlər sakinlərinə yiyələnir. İnsanların 30 illik doğma yurd həsrətinə son qoyuldu, yeni və yaraşıqlı evlərinə köçdülər. İnşallah, yaxın müddətdə mədəniyyət paytaxtımız Şuşaya da köç başlayacaq. Azərbaycanın gözəl guşələrindən biri olan Kəlbəcərdə də tikinti işləri sürətlənəcək. Qarabağa çəkilən yollar, inşa edilən tunellər, yeni hava limanları sənət əsərləridir. Cənab Prezident Qarabağa köçən insanların iş yerləriylə təmin olmalarını da diqqət mərkəzində saxlayır. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Qarabağda sənaye və kənd təsərrüfatı mərkəzlərinin açılışlarında da iştirak edir, insanların rifahını ön planda tuturlar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağda mədəniyyət ocaqlarının, məscidlərin, tarixi komplekslərinin bərpasında başlıca rol oynaması da cəmiyyətimiz tərəfindən məmnuniyyətlə qarşılanır.

Hiss olunur ki, başqa ölkələr də Qarabağın yenidən qurulmasına maraq göstərməyə başlayıblar.

Bu da Cənab Prezidentin uğurlu xarici siyasətini şərtləndirən əsas amillərdəndir. Misal üçün, Cənab Prezident İlham Əliyev və Milli Məclis sədri Sahibə Qafarova sentyabrın 5-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları qəbul etdilər. Qonaq bildirdi ki, Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək. Eyni gündə İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə bildirdi ki, İsveçrə şirkətləri azad olunmuş ərazilərdəki yenidənqurma prosesində iştirak etmək istəyir. Slovakiya və İsveçrə, iki Avropa dövləti azad olunmuş torpaqlarda çalışmaq istəyir, ardı gələcək. Daha əvvəl Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə qardaş dövlətin Füzulidə məktəb binasının açılışı oldu. Türkiyənin tikinti şirkətləri də Qarabağda fəaliyyətlərini davam etdirirlər. İsrail və Avropa ölkələri də Qarabağın yenidən qurulmasında pay sahibi olmağa çalışırlar. Bu, Ermənistanın anti-Azərbaycan siyasətini neytraralşdırmaq baxımından vacibdir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir