Adil Əliyev : “Allah bizə böyük zəfərimizi yaşadan şəhidlərimizə rəhmət etsin”!
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə bütün əsgər və zabitlərimizi səmimi qəlbdən təbrik edirəm.
“Turanın səsi ” xəbər verir ki ,bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev öz sosial hesabında paylaşım etmişdir .
Azərbaycan Silahlı Qüvvələri öz yüksəlişini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44-günlük Vətən müharibəsində fədakarcasına və qəhrəmancasına qazandığı Zəfərlə təsdiq edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Silahlı Qüvvələrimiz daim qüdrətini, döyüş hazırlığını və peşəkarlığını inkişaf etdirir. Ermənistanla sərhəddə Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin bir güllə belə atmadan qurulması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin yeni bir təzahürüdür.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün qazilərimizi, əsgər və zabitlərimizi ən xoş arzularımı çatdırıram. Allah bizə böyük zəfərimizi yaşadan şəhidlərimizə rəhmət etsin!
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI