37 yaşlı yeni nazir haqda maraqlı məlumatlar

0

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevi müdafiə sənayesi naziri vəzifəsindən azad edib.

Dövlət başçısının sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi naziri təyin edilib. 

Turanın səsi ” yeni müdafiə sənayesi nazirinin bioqrafiyasını təqdim edir:

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramının məzunu olub. 

O, 2016-cı ildən etibarən beynəlxalq assosiasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified Internal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq “IBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir. 

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 

Ailəlidir. İki övladı var.

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən “PAŞA Holdinq” MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə “PAŞA Holdinq” MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə “PAŞA Holdinq” MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli “PDT və Gayrımenkul” A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

O, Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir