31 nəfərin namizədliyi qeydə ALINIB

0

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərin sayı açıqlanıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, 125 dairə üzrə 1200 nəfərdən çox şəxs namizəd olmaq üçün müraciət edib. Sədrin sözlərinə görə, 31 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir