17 Oktyabr – Füzuli Şəhəri Günüdür
Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.
“turaninsesi.az” xatırladır ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz qaldığı 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI