ƏSF Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib
Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
“Turanın səsi ” ƏSF-ə istinadən xəbər verir ki, ilk öncə Azərbaycanın Dövlət himni səslənib, ardınca isə Ümummilli Lider və vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin gedişatında ƏSF-nin İcraçı direktoru Tural Piriyev və Fond rəsmiləri ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıb.
Sonda, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI