Əqli Mülkiyyət Agentliyində yeni qurum yaradılıb

0

Əqli Mülkiyyət Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə Əqli Mülkiyyət Milli Təlim Mərkəzi yaradılıb.

Turanın səsi “ xəbər verir ki , Qeyd edilib ki, Təlim Mərkəzi Nizamnaməsinə uyğun olaraq Agentlik və onun tabeliyində olan qurumlar, dövlət orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən elmi-tədqiqat və təhsil müəssisələri, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəkdir.

Təlim Mərkəzinin fəaliyyətinin məqsədi əqli mülkiyyət sahəsində peşəkar kadrların hazırlanmasına dəstək göstərilənməsindən ibarətdir. Müəlliflər, hüquq sahibləri, mütəxəssislər, tələbələr, tədqiqatçı alimlər, özəl və dövlət müəssisələrində çalışan işçilər, biznes və sahibkarlıq subyektləri, biznes menecerləri, kiçik və orta sahibkarlıqla məşğul olanlar, patent müvəkkili olmaq istəyənlər və digər maraqlı şəxsləri əqli mülkiyyət üzrə biliklərinin artırılması üçün Təlim Mərkəzindən faydalana bilərlər. Bununla əlaqədar Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq kurslar təşkil olunacaqdır. Dinləyicilər qarşısında əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq ekspertlər, mütəxəssislər vəhüquqşünaslar mühazirələr oxuyacaqlar.

Təlim Mərkəzi əqli mülkiyyət sahəsində maarifləndirmə işlərində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında da iştirak edəcəkdir.

Təlim Mərkəzitərəfindən təşkil edilən təhsil prosesi offlayn (canlı), o cümlədən onlayn platforma vasitəsilə həyata keçiriləcəkdir.

Kursları müvəffəqiyyətlə bitirənlərə əldə etdikləri səriştə və bacarıqları təsdiq edən Sertifikat veriləcək.

Təlim Mərkəzimaraqlı şəxslər üçün tematik seminarlar, sərgilər, konfranslar, dəyirmi masalar və ustad dərslərinin keçirilməsini də planlaşdırır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir