Əli Həsənov və Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Turanın səsi ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı tamam olub. Aprelin 12-də isə C.Paşazadənin 70 yaşı tamam olur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir