Nəsib Məhəməliyev : Sülh istəyirsənsə , müharibəyə hazır olmalısan

Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Turanın səsiNewscenter.az – a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin, Astara, İmişli, Cəbrayıl rayonlarının ərazilərini əhatə edən hərbi təlimlər, Azərbaycan və Türkiyə Respublikaları arasında “Hərbi sahədə əməkdaşlıq haqqında” müqaviləyə əsasən keçirilir:

“Təlimlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası iştirak edir. Türkiyə hərbçiləri ilə birlikdə Quru qoşunlarımızın, Xüsusi Təyinatlı Qüvvələr, Hərbi Hava Qüvvələrinin, Mühəndis-istehkam qüvvələrinin qarşılıqlı fəaliyyətinin təmin olunması, hər iki ordunun döyüş qabiliyyətinin artmasına xidmət edir. Belə bir deyim var: “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Dünyada və regionda baş verən proseslər Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsini şərtləndirir. Ermənistan sülh müqaviləsini bağlamağa tələsmir və müharibə təhlükəsi sovuşmayıb. Ona görə də, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ordumuzun yeni, müasir silahlarla təchizatına, döyüş qabiliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir və bu zamanın tələbidir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir