Deputat :”Müsbət nəticə əldə olunana qədər Xankəndində aksiyalar davam etdirilməlidir”

“Azərbaycanlı ekoloqların, vətəndaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin, tələbələrin Xankəndi ətrafında keçirdikləri aksiya, dinc xarakter daşıyır və Qarabağda yerləşən qızıl, mis, molibden yataqlarında monitorinq keçirilməsinə maneçilik törədən Rusiya sülhməramlılarının qanunsuz fəaliyyətinin qarşısının alınmasına yönəlib”.

Turanın səsi ”  Sonxeber.az-a istinadən xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, 30 ildən artıqdır ki, həmin yataqlar erməni vandalları tərəfindən vəhşicəsinə istismar olunur və Azərbaycanın ekologiyasına bərpası mümkün olmayan zərər vurulur. Təbii sərvətlərin pirat üsulu ilə daşınması ilə yanaşı, istehsalatda istifadə olunan kimyəvi məhsullar, konkret olaraq civə ekoloji balansı pozur:

“Bütün bu cinayətlərə göz yummaq olmaz və qətiyyətlə qarşısı alınnmalıdır. Azərbaycan dövləti hər zaman olduğu kimi, problemlərin sülh, sivil yolla həlinə səy göstərdi. Ekologiya və təbii sərvətlər və iqtisadiyyat nazirliklərinin nümayəndələrinin, sülhməramlıların rəhbərliyi ilə görüşündə monitorinq keçirilməsi ilə bağlı razılıq əldə olundu. Lakin, general Volkov, vədinə əməl etmədi və Ruben Vardanyan başda olmaqla, erməni separatçılarını prosesə cəlb etdi. Süni şəkildə təşkil olunmuş erməni etirazları Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara səbəb oldu. Kəskin soyuq havaya və digər çətinliklərə baxmayaraq, əli silahlı sülhməramlıların qarşısından bir addımda olsa geri çəkilməyən soydaşlarımız əsil milli birlik, vətənpərvərlik nümayiş etdirirlər. General Volkovun əraziyə gəlməsini, konkret qoyulmuş suallara cavab istəyirlər. Təbii ki, Volkov və digərləri çox gözəl başa düşürlər ki, istər beynəlxalq hüquq, istər ədalət baxımından ermənilərin törətdikləri cinayətdir. Cinayətə haqq qazandırmaq mümkün deyil. Ona görə də gizlənir.

Yeri gəlmişkən, bir tarixi həqiqəti də diqqətinizə çatdırım ki, rusiyalı generallar bütün zamanlarda müharibələrdən varlanmaq üçün istifadə etmişlər. Ermənilər isə, hərbiçiləri, siyasətçiləri, parlament üzvlərini satın almaqda xüsusi istedadları ilə seçilirlər. Bəzi məlumatlara görə, rusiyadan Qarabağa göndərilmiş, desant, Vardanyanın da Volkovla iş birliyinin olması barədə xəbərlər gəzir. Hesab edirəm ki, müsbət nəticə əldə olunana qədər aksiyalar davam etdirilməli və iştirakçıların tərkibi daha da genişləndiriməlidir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir