Zəlzələ ilə əlaqədar TƏBİB-in təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.

Turanın səsi ” xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.

Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir