ÜST psixi sağlamlığında problem olan şəxslərə çağırış edib

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixi sağlamlıqla əlaqəli əhali arasında diskriminasiya mövcuddur”.

Turanın səsi ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.

O bildirib ki, insanlar psixi sağlamlıqla bağlı problem olduğu zaman bunu deməyə utanmamalıdırlar: “Qrip və digər xəstəliklərin daşıyıcısı olduğunu deməkdən utanmadığımız kimi psixi sağlamlıqla bağlı problemi də ifadə etməkdən çəkinməməliyik. Əlbəttə, ailədə hər kəsin bir-birinə dəstəyi önəmlidir, amma zərurət olduğu zaman professional dəstəyə ehtiyacın yaranması ayıb deyil. Bunu hər kəs qəbul edərsə, diskriminasiya əleyhinə atılan önəmli bir addım olar”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir