ÜST Azərbaycanın beş rayonunda psixi sağlamlıqla bağlı layihə həyata keçirib

0

Azərbaycanda 5 rayonda psixi sağlamlıqla bağlı layihə həyata keçirilib.

Turanın səsi ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, həmin layihələr Bərdə, Tərtər, Ağcabədi, Füzuli və Ağdam rayonlarında reallaşdırılıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi bildirib ki, layihənin keçirilməsində məqsəd psixi sağlamlıq sahəsində həkimlərin təməl bilgilərinin artırılması olub: “Ölkədə yetərli sayda psixoloq, psixatr və bu sahədə təlim görmüş sosial işçi azdır. Buna görə də bu cür tədbirlər əhalinin psixoloji sağlamlığını yaxşılaşdırmaq üçün önəmlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir