TƏBİB tabeli tibb müəssisələrində qrip əleyhinə vaksinasiya davam edir

Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Ölkəyə yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.

Bu barədə “Turanın səsi ” nə TƏBİB-in mətbuat xidmətindən məlumat daxil olub .

Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında,  Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Bu günədək olan statistikaya əsasən, 2023-cü il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb. 314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.

Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri
RayonTabeli tibb müəssisəsi
Səbail1 saylı şəhər poliklinikası
2 saylı şəhər poliklinikası
33 saylı şəhər poliklinikası
34 saylı şəhər poliklinikası 
Yasamal3 saylı şəhər poliklinikası
16 saylı şəhər poliklinikası
19 saylı şəhər poliklinikası
39 saylı şəhər poliklinikası 
Nəsimi5 saylı şəhər poliklinikası
20 saylı şəhər poliklinikası
1 saylı uşaq poliklinikası
12 saylı uşaq poliklinikası 
Binəqədi9 saylı şəhər poliklinikası
10 saylı şəhər poliklinikası
15 saylı şəhər poliklinikası
25 saylı şəhər poliklinikası
35 saylı şəhər poliklinikası
20 saylı uşaq poliklinikası
21 saylı uşaq poliklinikası
Xocasən Sağlamlıq Mərkəzi 
Nizami44 saylı şəhər poliklinikası (18 saylı Birləşmiş Şəhər Xəstəxanası)
46 saylı şəhər poliklinikası (32 saylı Birləşmiş Şəhər Xəstəxanası)
26 saylı şəhər poliklinikası
17 saylı uşaq poliklinikası
19 saylı uşaq poliklinikası 
Nərimanov4 saylı şəhər poliklinikası
37 saylı şəhər poliklinikası
7 saylı uşaq poliklinikası
14 saylı uşaq poliklinikası 
Xətai14 saylı şəhər poliklinikası (22 saylı Birləşmiş Şəhər Xəstəxanası)
6 saylı şəhər poliklinikası
7 saylı şəhər poliklinikası
28 saylı şəhər poliklinikası
38 saylı şəhər poliklinikası
8 saylı uşaq poliklinikası
Zığ Sağlamlıq Mərkəzi 
Suraxanı23 saylı şəhər poliklinikası
24 saylı şəhər poliklinikası
42 saylı şəhər poliklinikası (13 saylı Birləşmiş Şəhər Xəstəxanası)
43 saylı şəhər poliklinikası(15 saylı Birləşmiş Şəhər Xəstəxanası)
16 saylı uşaq poliklinikası
8 saylı Birləşmiş Uşaq Xəstəxanası 
Sabunçu12 saylı şəhər poliklinikası
21 saylı şəhər poliklinikası
22 saylı şəhər poliklinikası
36 saylı şəhər poliklinikası
Nardaran Sağlamlıq Mərkəzi (8 saylı Şəhər Xəstəxanası)
Bilgəh Sağlamlıq Mərkəzi (28 saylı Birləşmiş Şəhər Xəstəxanası)
Kürdəxanı Sağlamlıq Mərkəzi
21 saylı Birləşmiş Şəhər Xəstəxanası 
Xəzər45 saylı şəhər poliklinikası ( 31 saylı Birləşmiş Şəhər Xəstəxanası)
14 saylı Birləşmiş Şəhər Xəstəxanası
Zirə Sağlamlıq Mərkəzi 
Qaradağ13 saylı şəhər poliklinikası
32 saylı şəhər poliklinikası
41 saylı şəhər poliklinikası (9 saylı Birləşmiş Şəhər Xəstəxanası)
23 saylı Birləşmiş Şəhər Xəstəxanası 
PirallahıPirallahı Tibb Mərkəzi

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir