TƏBİB-in yeni sədri kadr dəyişkliklərinin anonsunu verdi
“Hələ ki yeni təyin olunmuşam”.
“turaninsesi.az ” xəbər verir ki, bunu TƏBİB-in yeni icraçı direktoru Anar İsrafilovla deyib.
“Hələ ki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. İndi bu barədə nəsə deyə bilmirəm”.
Xatırladaq ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışıb. O bu gün Vüqar Qurbanovun yerinə icraçı direktor təyin edilib.
Arzu Paşaqızı