TƏBİB Ağdamda minaya düşən 3 nəfər barədə məlumat yaydı

TƏBİB Ağdamda minaya düşənlərə dair məlumat yayıb.

turaninsesi.az” xəbər verir ki, Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız D.Məmmədova və 2014-cü il təvəllüdlü oğlan E.Məmmədova Səbuhi Məmmədovun övladlarıdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI