TƏBİB: “Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib

“Postmüharibə dövründə 20 min insana psixoloji yardım göstərilib”.

Turanın səsi ”  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.

O bildirib ki, zəfərlə başa çatan Vətən müharibəsindən sonra qazi və şəhid ailələri ilə yanaşı, münaqişə zonasındakı mülki insanlar arasında da postmüharibə sindromu müşahidə olunub.

“Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Nazirlər Kabinetinin qərarı ilə İşçi Qrup yaradılıb. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində psixoloji mərkəzlər formalaşdırılıb. Bu vaxta qədər 20 min insana psixoloji yardım göstərilib. Psixoloji mərkəzlər Bakı və bölgələrdə fəaliyyət göstərir. Bu proses davam edir”, – o vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir