Şəkər xəstələri ilə bağlı ŞOK ARAŞDIRMA

Tünd şokoladın daha bir faydası ortaya çıxıb.

turaninsesi.az” xəbər verir ki, 1986-2021-ci illər arasında təxminən 192 min 28 adam üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip diabetə təsiri, 111 min 654 adam üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

Şokolad istehlakının 2-ci tip diabetə təsirinin araşdırıldığı qrupda bu tip şəkərli diabet yalnız 18 min 862 adamda, digər qrupda isə 4 min 771 adamda baş verib.

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə 2-ci tip şəkər xəstəliyinə tutulma riskinin şokolad az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

Həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlak edənlərin 2-ci tip diabet riskini yüzdə 21 azalda biləcəyini ortaya qoyan araşdırmaya görə, südlü şokoladdan istifadənin bu növə ciddi təsir göstərmədiyi müşahidə edilib.

Südlü şokoladın istifadəsinin uzun müddətdə kilo almağa təsir etdiyini bildirən araşdırma nəticəsində tünd şokoladın tərkibindəki zülallar sayəsində ödəmi (şişkinlik) azaltma, ürək-damar sistemini qoruma və antioksidant xüsusiyyətlərə malik olduğu müəyyən olunub.

Qeyd edək ki, araşdırmada 2019-cu ildə dünya üzrə 2-ci tip diabetli insanların sayının 463 milyon olduğu, 2045-ci ildə isə bu rəqəmin 700 milyona çatacağı proqnozu paylaşılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI