Səhiyyə naziri: “Bu gün ölkədə tibb işçilərinə yüksək dəyər verilir”


“Bu gün də ölkəmizdə tibb işçilərinə yüksək dəyər verilir”.

Turanın səsi “xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, habelə tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Həmçinin Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Tədbirin davamı olaraq, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər.

Əvvəlcə ölkənin tibb tarixini əks etdirən muzeylə tanışlıq olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir