Beyin törəmələri əməliyyatlarının icbari sığorta zərfinə əlavə edilməsi üçün təklif verilib
Beyin törəmələri əməliyyatlarının icbari sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilməsi üçün təklif vermişik.
“Turanın səsi ” in xəbərinə görə, bunu TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, neyrocərrah Fərid Qaralov deyib.
O bildirib ki, onkoloji xəstəliklər dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır, belə xəstələrə xüsusi qayğı var: “Ancaq təəssüf ki onkoloji xəstəliklərin hamısının əməliyyatı icbari sığorta çərçivəsində qarşılanmır. Amma müəyyən törəmələr var ki, onların əməliyyatlarının pulu ödənir. Bəzi törəmələrin müəyyən hissələrinin əməliyyatının xərci də çəkilir. Amma bu son deyil, Xidmətlər Zərfinə əlavələrlə bağlı təklif vermişik. Yəqin ki təsdiqini tapsa, yaxın vaxtlarda çox geniş şəkildə tətbiq olunacaq və əlçatan olacaq”.