Bakıda yayılan qızdırma xəstəliyinə səbəbi: Yoluxmaq riski nə qədərdir?

İsti havaların bizi qripdən qoruyacağını düşünsək də, yay aylarında qızdırma, halsızlıq kimi şikayətləri insanlardan tez-tez eşidirik.

Yay qripi halsızlıq, yorğunluq, xırıltılı nəfəsalma, əzələ ağrıları ilə də özünü göstərə bilir.

Bəs qızdırma ilə ortaya çıxan yay qripinə  nə səbəb olur? Bu qripdən qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?

Turanın səsi ” xəbər verir ki , Mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev mətbuata danışıb .


O, bildirib ki, adi qriplə eyni simptomları daşıyan yay qripinə yoluxmağın müxtəlif səbəbləri var. Adi qripdə xəstəliyə səbəb olan orqanizmlər fərqlidir və həmin mikroorqanizmlər insandan-insana ötürülür. Ancaq yay qripi insandan-insana yoluxmur:

“Yay ayları onsuz da istidir” deyib bir şeyi unuduruq. Bədənimizin temperaturu xaricdən ölçəndə 36-37 arasında olur, amma daxildə temperatur çoxdur. Qaraciyər, bağırsaqlarda temperatur 37-dən çoxdur, çünki bədəndə biokimyəvi reaksiyalar gedir, ona görə bu fərqi bilmək lazımdır. Bədənin daxili temperaturu ilə xarici istilik bir araya gəldikdə görün bədəndə mübadilə nə qədər sürətlənir, tərləyirik. Tərləyəndə soyuq su içirik, kondisioneri qoşuruq, belə mühitdə təbii ki, insan orqanizmi ilə təbii mühit arasında “uçurum” yaranır və qrip oluruq. Bu cür qripi özümüz yaradırıq və bu yayılmayan xəstəlikdir. İsti və soyuqdan düzgün istifadə etmədikdə bu cür qriplər qaçılmazdır”.

Onun sözlərinə görə, isti havalarda xilas yolu kimi görünən kondisionerlər və buzlu sular yayda əsas xəstəlik mənbəyi hesab olunur:

“Mən hər zaman deyirəm ki, isti havada soyuq, buzlu içmək əvəzinə, ev şəraitində isti çay içdikdə bədən daha da normallaşır. Lakin biz əksini edirik, havalar istiləşən kimi suyu soyuducuya qoyuruq və içirik. Suyu soyuducudan götürəndə mütləq onu ilıq suyla qarışdırıb normal temperatura gətirib sonra içmək lazımdır. Birdən-birə qanı durulaşdırmaq – buz kimi suyu içmək olmaz, bu bədən temperaturu ilə tərs mütənasiblik yaradır. Belə olduğu halda, bədəndə reaksiyalar da normal getmir, ona görə də immun sistemimiz zəifləyir, burundan ifrazat artır, qızdırma yaranır. Xüsusən bu hal uşaqlarda daha çox baş verir.

Bu səbəbdən belə havalarda saat 12:00-17:00 aralığında çalışıb günəşdən uzaq qalmaq, sərin yerdə olmaq lazımdır. Bir şeyi unutmaq olmaz ki, isti havalarda insan tərlədikcə bədən bütün növ toksin maddələrdən, ağır metallardan və çirklənmələrdən təmizlənir. Yay ayları bədənimizi təmizləyən aylardır. Bu aylardan düzgün istifadə etməliyik, temperatur fərqlərinə fikir vermək lazımdır, birdən-birə istidən gəlib soyuq otağa keçmək olmaz. Bu zaman bədənin biokimyası dəyişir, bu halda orqanların funksiyaları da dəyişir. Ona görə də çalışıb ilıq su içmək, çox aşağı dərəcəli otaqlardan uzaq durmaq lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir