Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib 

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

turanın səsi ” məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir