Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasının həyata keçirilməsinə başlanıla bilər

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, bu məsələ 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında” qanunda əksini tapıb: “Qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir