Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlandı
1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Azərbaycanda 10 min 108 İİV xəstəsi rəsmi qeydiyyata alınıb.
“turaninsesi.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, xəstələrdən 7026-sı (69,5%) kişi, 3082-si (30,5%) qadınlardır.