Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

Turanın səsi ” in xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Belə ki, dəyişikliklə bundan sonra dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir