Alatavadakı qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb
“Bakının Yasamal rayonunun Birinci Alatava yaşayış massivində xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.
“turaninsesi.az“-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 oktyabr saat 13:30-da Yasamal rayonu, Alatava ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb” , – deyə məlumatda bildirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI