Ağdaşda 2 azyaşlı uşaq dərmandan zəhərlənib
Ağdaş rayonunda 2 azyaşlı uşaq dərmandan zəhərlənib.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.
Belə ki, 2021-ci təvəllüdlü Ə.A (ad, soyadı şərti) və bacısı, 2019-cu il təvəllüdlü N.A (ad, soyadı şərti) dərman zəhərlənməsi diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Valideynlərinin dediyinə görə, azyaşlı qızlar evdə ehtiyatsızlıqdan cücə üçün hazırlanmış dərmanı içiblər.
Hər ikisinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI