Ağ Şəhərdə 2 nəfər xəsarət alıb – TƏBİB

Ağ Şəhərdə mənzildə baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

35 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənməyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 52 yaşlı şəxs isə (qadın cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona üzün, hər iki qulaq seyvanlarının, gövdənin, bud və baldırın arxa səthinin II və III dərəcəli yanığı diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI