Baş nazirdən pensiyalarla bağlı QƏRAR
Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib.
“turaninsesi.az ” xəbər verir ki, Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda etdiyi dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.
Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması arayışa əsasən həyata keçiriləcək.
Yuxarıda qeyd edilənlərə əsasən yenidən hesablanmış pensiya məbləğinin ən yüksəyi ödəniləcək.
Arzu Paşaqızı