Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar

0

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə tanış olub.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.

Diqqətə çatdırılıb ki, mənzil-qərargahda ingilis və fransız dillərində kurslar keçirilir. Sonrakı mərhələdə ərəb dili üzrə də kurslar təşkil olunacaq.

Yeni kaledoniyalı parlamentarilər burada Qoşulmama Hərəkatı ilə bağlı fotosərgi ilə də tanış olublar.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən ilk dəfə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul olunub. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzv dövlətlər üzrə 50 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal gənc QH ölkələri arasında beynəlxalq dialoqa təkan verir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir