Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

0

Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində olub.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.
Sonra nümayəndə heyəti Azərbaycan Dillər Universitetinə gəlib.
Burada keçirilən görüşdə Universitetin rektoru Kamal Abdullayev bu təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və görülən işlər barədə qonaqlara məlumat verib. Söhbət zamanı rektor qonaqları maraqlandıran suallara cavab verib.
Görüşdə iştirak edən Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova neokolonializmə qarşı mübarizə, bu məqsədlə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və digər mövzularda fikirlərini bölüşüb.
Həmin gün qonaqlar Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə də tanış olublar.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.
Günün sonunda qonaqlar Heydər Əliyev mərkəzinə gələrək, burada Ulu Öndərin siyasi və ictimai fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişafı naminə gördüyü nəhəng işlər barədə məlumat verilib.
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir