Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

0

Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıda Azərbaycan Dillər Universitetində olub.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Burada keçirilən görüşdə Universitetin rektoru Kamal Abdullayev bu təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və görülən işlər barədə qonaqlara məlumat verib. Söhbət zamanı rektor qonaqları maraqlandıran suallara cavab verib.

Görüşdə iştirak edən Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova neokolonializmə qarşı mübarizə, bu məqsədlə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, Azərbaycanın neokolonializmdən əziyyət çəkən ölkələrə dəstəyi, ölkəmizin öz ərazilərini işğaldan azad etməsi və digər mövzularda fikirlərini bölüşüb.

Sonra söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir