Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək

0

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.

Turanın səsi ” xəbər verir ki , bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur.

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir