Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşları qəbul edib
Noyabrın 13-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq, Milli Məclisdə növbəti dəfə vətəndaşların qəbulunu keçirib.
“Turanın səsi ” xəbər verir ki , Vitse-spiker Adil Əliyev qəbulda şəhidlərin ailə üzvlərinin, qazilərin və digər vətəndaşların müraciətlərini dinləyib. Qəbul zamanı qaldırılmış müxtəlif məzmunlu müraciətlərin bir qisminin yerindəcə həllinə nail olunub. Habelə sosial, humanitar, məişət və digər mövzularla əlaqədar qaldırılan müraciətlər araşdırılması və həll edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular hazırlanıb.
Qəbulda bildirilib ki, cənab Prezident tərəfindən vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə qəbulların keçirilməsi və vətəndaşların dinlənilməsi həyata keçirilir. Qeyd olunub ki, Milli Məclisin sədr müavini Adil Əliyevin də ünvanına daxil olan bütün müraciətlərə yüksək həssaslıqla yanaşılır, müraciətlərdə qaldırılan məsələlərin həlli məqsədilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI