Vitse-spiker Adil Əliyev Milli Məclisdə vətəndaşları qəbul edib

0

Sentyabrın 26-da Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə vətəndaşların növbəti  qəbulunu keçirib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Vitse-spiker qəbulda iştirak edən şəhid ailələri üzvlərinin, qaziləri və digər vətəndaşların müraciətlərini dinləyib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif məzmunlu müraciətlərin bir qismi yerindəcə həll edilib, sosial, humanitar, məişət və s. Mövzularla əlaqədar qaldırılan bir sıra məsələlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular hazırlanıb.  Eyni zamanda müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri çatdırılıb, bu barədə onlara məsləhətlər verilib. 

Qəbul zamanı tarixi Qələbəmizlə bitən Vətən Müharibəsindən sonra keçən müddətdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı abadlıq-qurucluq işləri barədə məlumat verib. Şəhidlərimizin qanı hesabına qaytarılan Vətən torpaqlarında şanlı bayrağımızın dalğalandığını bildirib. Qəbuldakı şəhid ailələrinin üzvləri və qazilər Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın onlara hər zaman yüksək diqqət və qayğı göstərdiyini bildiriblər, şəhidlərimizin qəhrəmanlıqlarından qürur duyduqlarını qeyd ediblər. 

Diqqətə çatdırılıb ki, cənab Prezident tərəfindən əhalinin müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.  

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir