Vitse-spiker Adil Əliyevin vətəndaşlarla növbəti görüşündə
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyulun 7-də 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisində seçiciləri, həmçinin ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilərlə görüşüb, onların müxtəlif məzmunlu müraciətlərini dinləyib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Müraciətlərdə vətəndaşlar tərəfindən qaldırılan qaldırılmış məsələlərin bir qismi yerindəcə həll olunub, qalan məsələlərlə bağlı aidiyyəti qurumlara məktublar hazırlanıb.
Vitse-spiker Adil Əliyev müraciət edən vətəndaşlara bildirib ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Diqqətə çatdırılıb ki, cənab Prezident tərəfindən əhalinin müraciətlərinə qayğı ilə yanaşılması barədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq Milli Məclis sədrinin müavini Adil Əliyevin ünvanına daxil olan bütün növ müraciətlərə yüksək diqqət göstərilir, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Görüşdə iştirak edən vətəndaşlar, şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI